12 dekabr 2015-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Yeni qəsəbə-2-də Xocalı rayon Yaloba kənd Tarix Diyarşünaslıq muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım tədbiri keçirildi. Tədbirdə Kosalar kənd Mədəni-maarif işçiləri və qəsəbə sakinləri iştirak etdilər. Muzeyin direktoru Tofiq Məmmədov tədbiri açaraq ulu öndərin həyat fəaliyyəti haqqında məlumat verdi. Çıxış edənlər böyük siyasi və dövlət xadimi haqqında öz fikirlərini söylədilər. Tədbir məktəblilərin söylədikləri şeirlərlə başa çatdı.
"Xocalının səsi"